Benzema Makronun təklifini rədd etdi

18-12-2022, 12:04           
Benzema Makronun təklifini rədd etdi
“Real Madrid”in hücumçusu Kərim Benzema Fransa və Argentina milli komandaları arasında keçirilən turnirin final oyununda iştirak etmək üçün prezident Emmanuel Makronun dəvətini rədd edib.

O, prezident təyyarəsində Dohaya getmək imkanı əldə etsə də, Loran Blan, Zinəddin Zidan və Mişel Platini kimi bununla razılaşmayıb.

Eyni zamanda, Benzema bəyan edib ki, “komandanı tam dəstəkləyir və onun titul qazanmasını istəyir”.

Xatırladaq ki, futbolçu DÇ-2022-nin başlamasına bir neçə gün qalmış zədələnib və turnirdə iştirak edə bilməyib. Didye Deşam onun yerinə futbolçu çağırmadığından hücumçunun adı Fransa millisinin iştirak ərizəsində qalır.

Mənbə: sports.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru