Kadırov dünya müsəlmanlarına Çin dilində müraciət ünvanladı

19-12-2022, 10:14           
Kadırov dünya müsəlmanlarına Çin dilində müraciət ünvanladı
Çeçenistan lideri Ramzan Kadırovun Çin dilində müraciəti ilə təəccübləndirib.

Qəribədir ki, siyasətçi bu dildə müraciəti çinlilərə deyil, dünya müsəlmanlarına ünvanlayıb.

Müraciət onun Telegram-da yayımlanıb. Kadırovun sözlərinə görə, bütün dünya müsəlmanları NATO-ya qarşı ümumi səylərini birləşdirməlidirlər, əks halda Alyans “onların vətənlərini tapdalamağa” gələcək: “Son 100 ildə ABŞ və Avropa onlarla müharibələr, hərbi çevrilişlər və işğallar təşkil edib.

Milyonlarla dinc sakin qurbana çevrilib. Baxmayaraq ki, indi onlar daha böyük təhlükə daşıyırlar, bütün mənəvi dəyərləri məhv edirlər… Bizim həmrəyliyimiz, iradəmiz və Yaradanımıza inamımız qarşısında onların pulu və silahı heç nədir!”, – Kadırov yazıb. Çeçenistan lideri bildirib ki, NATO bütün dünyanın varlığını təhdid edir və “Rusiya Qərbin bütün proqnozlarının əksinə olaraq, bu bəlaya meydan oxuyub və inamla qələbəyə doğru gedir”. O, müsəlmanları “ümumi düşmən”ə qarşı “qardaşlarla bir tərəfdə durmağa” çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru