Britaniya kralı balaca şahzadələrin titullarına dair qərar qəbul edəcək

19-12-2022, 11:24           
Britaniya kralı balaca şahzadələrin titullarına dair qərar qəbul edəcək
Britaniya kralı balaca şahzadələrin titullarına dair qərar qəbul edəcək
Böyük Britaniya kralı III Çarlz nəvələrinin kral titulu ilə bağlı qərar verməzdən əvvəl şahzadə Harrinin avtobioqrafik kitabının nəşrini gözləyəcək.

Məlumata görə, kral iki kiçik nəvəsinin - Arçi və Lilibetin gələcəkdə şahzadə titullarından istifadə edib-etməyəcəyi ilə bağlı hələ qərar verməyib. Bildirilir ki, III Çarlz Sasseks hersoqlarının övladlarının titulları ilə bağlı yekun qərarını oğlu Harrinin yanvarın 10-da nəşri gözlənilən bioqrafik kitabının işıq üzü görməsindən sonra verəcək.

Qeyd edək ki, şahzadə Harri və Meqan Marklın kral ailəsindən çıxmalarına baxmayaraq, onların uşaqları Kraliça II Elizabetin ölümündən sonra şahzadə olublar.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru