İran həbsxanasında təcavüz edilən 14 yaşlı qız öldü, anası isə yoxa çıxdı
19-12-2022, 12:38
İranda etiraz aksiyalarına görə həbs edilən 14 yaşlı Məsumə adlı məktəbli həbsxanada olarkən təhlükəsizlik qüvvələri işçilərinin cinsi təcavüzünə məruz qalıb. Nəticədə qız dünyasını dəyişib. Onun anası isə yoxa çıxıb.
Bakupost.az xəbər verir ki, bu barədə "Nyu York Tayms" qəzetundə dərs olunan “İran qadınlara iffəti qəbul etdirmək üçün cinsi təcavüzdən istifadə edir” başlıqlı yazıda bildirilir.
Yazının müəllifi qərargahı Nyu-Yorkda yerləşən İran İnsan Haqları Kampaniyasının direktoruna istinadən qeyd edib ki, Məsumə məktəbdə quraşdırılmış kameralar tərəfindən müəyyən edilərək həbs olunub:
"Tehranın yoxsul məhəllələrindən birində yaşayan və məktəbdə hicabını çıxardığı üçün həbs edilən qızcığaz bir müddət sonra şiddətli vaginal yırtıq səbəbindən həbsxanadan xəstəxanaya aparılıb. Qız xəstəxanadan dünyasını dəyişib. Anası isə qızının qətlini ictimailəşdirmək istədiyini dedikdən sonra yoxa çıxıb”.
Qeyd edək ki, CNN telekanalı da həbs olunan bir neçə nəfərə istinad edərək İranda son etirazlar zamanı həbs edilən qadın və kişilərin təcavüzə məruz qaldığını bildirib.