Meksika Perunun devrilmiş prezidentinin ailəsinə siyasi sığınacaq verdi

20-12-2022, 10:08           
Meksika Perunun devrilmiş prezidentinin ailəsinə siyasi sığınacaq verdi
Perunun keçmiş prezidenti Pedro Kastilyo ilə bağlı aparılan istintaq onun ailəsinin Meksikadan siyasi sığınacaq almasına mane olmayıb.

Bu barədə bazar ertəsi Perunun hazırkı dövlət başçısı Dina Boluarte bildirib.

“Bir neçə gün əvvəl Xarici İşlər Nazirliyinin rəhbəri mənə Meksikanın artıq onlara siyasi sığınacaq verdiyini söylədi və mən nazirə cavab verdim ki, qanuna uyğun hərəkət etməliyik”, - Boluarte bildirib.

Onun sözlərinə görə, sığınacaq hüququ Kastilyonun özünə deyil, yalnız onun həyat yoldaşına və iki uşağına şamil edilib.

Xatırladaq ki, Perunun keçmiş dövlət başçısı Pedro Kastilyo dekabrın 7-də Konqresin (birpalatalı parlament) buraxıldığını və komendant saatı tətbiq edildiyini elan edib. Parlamentarilər səsverməni ləğv etməyib və prezidentin istefasını təsdiqləyiblər. Hərbçilər və polislər Konqresə dəstək veriblər.

Kastilyonun çıxarılmasından sonra onu üsyan təşkil etməkdə ittiham ediblər.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru