Finlandiya Ukraynaya hərbi yardım göstərəcəyini açıqlayıb. NATO dəstəkli paketin ardından Finlandiyanın atacağı bu addım Ukraynanın Rusiyaya qarşı müqavimətini gücləndirəcəyini ehtiva edir. Finlandiya mediasının verdiyi xəbərə görə, bu qərarı Finlandiya Prezidenti Hökümət Şurasının təklifi əsasında qəbul edib. "Ukraynanın müdafiə döyüşü davam edir. Müdafiə vasitələrinə ehtiyac böyükdür. Biz dəstəyimizi davam etdirəcəyik" deyə Finlandiya Müdafiə naziri Antti Kaikkonen açıqlamasında həmçinin ümumi hərbi yardım paketinin 28,8 milyon avro dəyərində olduğunu da bildirib. Belə ki, Finlandiyanın bu günə kimi Ukraynaya etdiyi hərbi yardımın ümumi dəyəri 189,2 milyon avro dəyərində hesablanıb.