“2022-ci ilin ölkəsi” elan olundu

21-12-2022, 09:34           
“2022-ci ilin ölkəsi” elan olundu
Böyük Britaniyanın “Ekonomist” jurnalı Ukraynanı 2022-ci ilin ölkəsi elan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə jurnalın saytında dərc olunmuş məqalədə deyilir.

2013-cü ildən indiyədək ilk dəfə seçim redaksiyada mübahisələrə səbəb olmayıb.

Qeyd edək ki, ötən il “Ekonomist” İtaliyanı siyasi nailiyyətlərə görə ilin ölkəsi elan edib. Əvvəlki illərdə isə bu titul Özbəkistan, Kolumbiya, Tunis kimi ölkələrə verilib.

Dekabrın əvvəlində Britaniyanın “Faynənşl Tayms” qəzeti Ukrayna Prezidenti Vladimir Zelenskini ilin adamı elan etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru