Perunun eks-prezidenti ailəsi ilə birlikdə Meksika səfirliyinə sığınıb
21-12-2022, 11:04
Perunun keçmiş prezidenti Pedro Kastilonun ailəsinə Meksikada siyasi sığınacaq verilib.
Bu barədə Meksikanın xarici işlər naziri Marselo Ebrard açıqlama verib.
Onlar Meksikanın Perudakı səfirliyinə yerləşdirilib.
Onun sözlərinə görə, hazırda Kastillo ailəsinin özləri istəsə, Meksikaya köçürülməsi ilə bağlı danışıqlar aparılır.
Xatırladaq ki, Perunun məhkəməsi cümə axşamı ölkənin keçmiş prezidenti Pedro Kastillonun 7 sutka müddətinə həbs edilməsinə qərar verib. O, qiyam təşkil etməkdə ittiham olunurdu.