ABŞ əsgərləri terrorçularla birlikdə görüntüləndi

27-05-2016, 00:21           
ABŞ əsgərləri terrorçularla birlikdə görüntüləndi
Suriyada İŞİD-in mərkəzi şəhəri hesab edilən Rəqqanın azad edilməsi üçün ABŞ hərbi qüvvələrinin aparadığı əməliyyat zamanı çəkilən şəkillər diqqət çəkib. ANS PRESS-in məlumatına görə, Frans Press Agentliyinin yaydığı fotoşəkillərdə ABŞ əsgərləri PKK-nın Suriya qanadı olan YPG-li terrorçularla birlikdə görüntülənib. Şəkillərdə ABŞ əsgərlərinin paltarlarının üzərində terror təşkilatının gerbi görünür.
YPG-nin başçılıq etdiyi Suriya Demokratik Qüvvələri ötən gün Rəqqanı ələ keçirmək üçün hücuma keçdiklərini açıqlayıb. Eyni zamanda koalisiya qüvvələri onlara havadan öz dəstəyini artırıb.

Türkiyədən 90 km uzaqlıqda yerləşən Rəqqada 300 min insan yaşayır. Hazırda Suriya Demokratik Qüvvələrinin Rəqqanın şimalındakı Tel-Abyad və Ayn İsa bölgələrini nəzarət altında saxladığı bildirilir. ABŞ Rəqqanı ələ keçirmək əməliyyatı öncəsi şəhərə havadan bukletlər buraxıb.

YPG Xalq Qoruma Birlikləri “Kürd Ali Komitəsi”nin rəsmi silahlı birləşməsidir. Rəsmi olaraq heç bir siyasi partiyayla əlaqəsi olmasa da, de-fakto Demokratik Birlik Partiyasının (PYD) silahlı qanadıdır.
2004-cü ildə Qamışlı hadisələrindən sonra PYD və “Kürd Ali Komitəsi” tərəfindən yaradılan silahlı birləşmə ilk aktiv fəaliyyətinə 2011-ci ildə Suriya vətəndaş müharibəsi zamanı başlayıb.

İŞİD əsasən İraq və Suriyada döyüşlər aparır. Rəqqa şəhərini isə özlərinə paytaxt seçiblər. İŞİD-in əlində olan torpaqlar əsasən neftlə zəngindir. İŞİD-ə qarşı bir neçə dövlət birləşərək koalisiya yaradıblar. Terrorçuların mövqelərini bombardman edirlər. Bu koalisiyaya ABŞ rəhbərlik edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.