ABŞ Saakaşviliyə görə Gürcüstana çağırış etdi

21-12-2022, 09:41           
ABŞ Saakaşviliyə görə Gürcüstana çağırış etdi
ABŞ administrasiyası Gürcüstan hakimiyyətini respublikanın həbsdə olan keçmiş prezidenti Mixeil Saakaşviliyə bütün lazımi tibbi və psixoloji yardım göstərməyə çağırır.

Publika.az xəbər verir ki, bu barədə çərşənbə axşamı jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.

“Cənab Saakaşviliyə ədalətli davranmaq, o cümlədən dövlət müdafiəçisinə (keçmiş prezident) müstəqil tibbi ekspertləri tərəfindən tövsiyə olunan bütün zəruri tibbi və psixoloji yardımı göstərmək Gürcüstan hökumətinin məsuliyyətidir.

Onlar (Gürcüstan rəsmiləri) təbii ki, onun hüquqlarının müdafiə olunmasını, ona lazım olan bütün yardımları almasını təmin etməlidirlər”, - ABŞ-ın xarici siyasət idarəsinin nümayəndəsi bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru