Aİ-dən çıxan Britaniyanın itkiləri açıqlandı

22-12-2022, 10:24           
Aİ-dən çıxan Britaniyanın itkiləri açıqlandı
İngiltərə iqtisadiyyatı 2022-ci ilin ilk yarsınadək “Brexit” səbəbiylə 33 milyard funt sterlinq itirib.

Araşdırmaya əsasən, “Brexit” olmasaydı Böyük Britaniyanın ÜDM-i indikindən 5,5% çox olardı ki, bu da 33 milyard funt sterlinqə bərabərdir.

Bildirilir ki, ölkənin Aİ-dən çıxması ilə əlaqədar Britaniyada ticarət - 7%, investisiyalar isə 11% azalıb.

Qeyd olunur ki, siyasətçilərin “Brexit” haqqında dediklərilə real məlumatların arasında uçurum var.

Xatırladaq ki, Britaniya 31 yanvar 2020-ci ildə 47 illik üzvlükdən sonra Aİ-dən çıxıb.

Mənbə: 1prime.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru