ABŞ tarixinin ən böyük məhkəmə işlərindən birinin müttəhimi ekstradisiya edilir - FOTO

22-12-2022, 11:54           
ABŞ tarixinin ən böyük məhkəmə işlərindən birinin müttəhimi ekstradisiya edilir - FOTO
Müflis olmuş FTX kriptovalyuta birjasının qurucusu və keçmiş baş direktoru Sem Benkman-Frid ABŞ-yə ekstradisiyaya razılaşıb.

Bu barədə həbs edilən şəxsə yaxın mənbələr bildiriblər.

Biznesmen ötən həftə Vaşinqtonun tələbi ilə Baham adalarında saxlanılıb.


Qeyd edək ki, səkkiz milyard civarında maliyyə fırıldağı ilə bağlı iş artıq ABŞ tarixində ən böyük məhkəmə işlərindən biri statusunu alıb.

Ekstradisiyanın vaxtı hələ dəqiqləşməyib. Dekabrın 21-də Baham adalarında keçiriləcək məhkəmə iclasında biznesmenin ekstradisiyası məsələsinin həll olunacağı gözlənilir.

Xatırladaq ki, FTX noyabrın əvvəlində iflas olduğunu elan edib, baş direktor Benkman-Frid də istefa verib. Biznesmen ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.

Mənbə: BBC












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru