Fransa səfiri Rusiya XİN-ə çağırıldı

22-12-2022, 12:18           
Fransa səfiri Rusiya XİN-ə çağırıldı
Fransanın xarici işlər naziri Ketrin Kolonnanın Mərkəzi Afrika Respublikasında “Rus Evi”nin rəhbərinə sui-qəsd cəhdi ilə bağlı bəyanatı ilə əlaqədar Fransanın Moskvadakı səfiri Pyer Levi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Qurumdan ona etiraz məktubu təqdim edilib.

“Çərşənbə günü, dekabrın 21-də Fransa Respublikasının Rusiya Federasiyasındakı səfiri Pyer Levi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Dekabrın 16-da Mərkəzi Afrika Respublikasında “Rus Evi”nin rəhbəri Dmitri Sıtoya sui-qəsd cəhdi ilə bağlı Fransa Respublikasının Avropa və Xarici İşlər Naziri Ketrin Kolonnanın bəyanatları ilə bağlı ona sərt etiraz bildirilib”. - Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

Mənbə: kommersant.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru