Müxaliflər Rusiyanın hava limanını vurdu 27-05-2016, 09:29 Suriyada Feylək əş-Şam qruplaşması Həma şəhərində Rusiya və Əsəd qüvvələrinə məxsus təyyarələrin yerləşdiyi hava limanını hədəf alıb. Axar.az xəbər verir ki, bu barədə sözügedən qruplaşmanın komandanı Əhməd Hazal deyib. Onun sözlərinə görə, hava limanı "Qrad" raketləri ilə vurulub: “Hücum zamanı qərargahı darmadağın etdik. Aldığımız məlumata görə, raket zərbələri nəticəsində ölən və yaralananlar da var”. Facebook-da paylaş