Bakılı milyarderin 1 milyard dollarlıq əmlakına həbs qoyuldu - FOTO

28-12-2022, 08:15           
Bakılı milyarderin 1 milyard dollarlıq əmlakına həbs qoyuldu - FOTO
Anqolanın Ali Məhkəməsi maliyyə cinayətlərində şübhəli bilinən Anqolanın keçmiş prezidenti Xose Eduardo duş Santuşun böyük qızı İzabel duş Santuşun 1 milyard dollar dəyərində əmlakına həbs qoyulması barədə qərar çıxarıb.

Məhkəmə qərarını əsaslandıraraq qeyd edib ki, bu addım BMT-nin Korrupsiyaya qarşı Mübarizə Konvensiyası əsasında atılıb.

İzabel duş Santuşun xarici şirkətlər də daxil olmaqla, onlarla şirkətdəki payları həbs edilib. Tədbirlərin qabaqlayıcı xarakter daşıdığı vurğulanıb.

Qeyd edək ki, İzabel 1973-cü ildə Bakıda Anqolanın gələcək prezidenti, SSRİ-də təhsil almış Xose Eduardo duş Santuşun və onun birinci həyat yoldaşı Tatyanın ailəsində anadan olub. O, Anqola ilə birlikdə Rusiya vətəndaşlığına da malikdir. "Forbes" jurnalı 2020-ci ildə İzabelin şəxsi sərvətinin 2,2 milyard dollara çatdığını bildirib və onu müasir Afrikanın ən zəngin qadını adlandırıb.

Məqaləyə dair fotomateriallar:

Milli.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru