ABŞ-ın məşhur geyim brendi "Guess" təxminən 1,4 milyard dollar dəyərində olan özəl satınalma razılaşmasına razılıq verdiyini açıqlayıb.
Valyuta.Az-ın verdiyi xəbərə görə, bu razılaşma nəticəsində şirkət birjada səhmlərinin dövriyyədən çıxarılması ilə özəl mülkiyyətə çevriləcək.
Razılaşma "Guess"in qurucu ailəsi Markiano qardaşları ilə "WHP Global" investisiya şirkəti arasında əldə olunub. Tərəflər bildiriblər ki, sövdələşmənin 2025-ci ilin əvvəlində başa çatması gözlənilir və bu, şirkətin gələcək inkişaf strategiyalarını daha çevik şəkildə həyata keçirməsinə imkan verəcək.