“İşğal edilmiş adaları qaytarın” - Yaponiya Rusiyadan tələb edir

8-02-2023, 11:04           
“İşğal edilmiş adaları qaytarın” -
Fevralın 7-də, Şimal Əraziləri Günündə Tokioda mitinq keçiriblər. Tədbirdə ilk dəfə Rusiyaya qarşı «qanunsuz işğal olunmuş» yapon ərazilərinin (Xokkaydo sahillərində) geri qaytarılması tələbi səslənib. Rusiyada onları cənubi Kuril adlandırırlar.

«Kyodo News»un xəbər verdiyi kimi, mitinq Rusiya səfirliyinin önündə keçib. Onun başlıca məqsədi Tokionun Kuril sıra adalarının - Kunaşirin, İturupun, Şikotanın və Xabomai adalar qrupunun Yaponiyanın suverenliyi altına qaytarılmasında Tokionun mövqeyinin dəyişməz olduğunu nümaiş etdirməkdən ibarət olub.

Rusiya tərəfindən tutulmuş adaların qaytarılması tələbi ilə xüsusilə, Baş nazir Fumio Kisida çıxış edib.

«Sovet İttifaqı tərəfindən 77 il əvvəl tutulmuş şimal ərazilərin hələ də qaytarılmaması tamamilə qəbuledilməzdir» - mitinqdə qəbul olunmuş bəyanatla deyilir.

Yaponiya təsdiqləyir ki, İkinci Dünya Müharibəsindən, avqust 1945-ci ildə Tokionun katiluyasiyasından sonra SSRİ qeyri-qanuni olaraq, Kunaşir, İturup, Şikotan və Xabomai adalar qrupunu ələ keçirib. 1855-ci il fevralın 7-də Yaponiya və Rusiya ticarət, dənizçilik və sərhədlərin delimitasiyası barədə müqavilə imzalayıblar. Bu sənədə əsasən adı çəkilən adalar Yaponiya ərazisinə aiddir.

Göstərilən mübahisəli ərazilərə görə Rusiya və Yaponiya İkinci Dünya Müharibəsindən sonra hələ də sülh sazişi imzalamayıblar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.