Polşa Ukraynaya 250 ədəd tank təhvil verib 14-02-2023, 08:05 Polşa artıq 250 ədəd sovet istehsalı T-72 tankını Ukrayna Silahlı Qüvvələrinə təhvil verib.Bu barədə Polşanın baş naziri Mateuş Moravetski məlumat verib.O qeyd edib ki, Polşa gələcəkdə 60 ədəd modernləşdirilmiş T-72 və PT-91 Tvardi tankalarını da Kiyevə tədarük edəcək.“Biz həmçinin əlavə olaraq 14 ədəd Leopard tankını da Ukraynaya çatdırmağı planlaşdırırıq”, - deyə o, əlavə edib.Moravetskinin sözlərinə görə, Polşa Ukraynanı fəal şəkildə dəstəkləməyə davam edəcək.Mənbə: rbc.ua Facebook-da paylaş