ABB karta mədaxil limitini kəskin azaldıb - 3 dəfə fərq
Bu gün, 15:34
“Azərbaycan Beynəlxalq Bankı” (ABB) nağdlaşdırma ilə yanaşı karta mədaxil limitlərini də kəskin azaldıb.
Valyuta.az bu barədə Bankdan məlumat əldə edib. Məlumata görə, ən böyük dövlət bankı ABB avqustun 18-dən etibarən karta mədaxil limitlərini 3 dəfə azaldaraq 1000 manata endirib. 1000 manatdan yuxarı mədaxil üzrə 0,5 faiz komisiyya haqqı tutulacaq. ABB kartlarına mədaxil limitlərinin azaldılması MilliÖn, eManat, MPAY, M10 ilə əməliyyatlara şamil edilib. İndiyə qədər bu limit 3 min manat təşkil edirdi.
Qeyd edilib ki, ABB terminalları və ATM-ləri vasitəsilə mədaxillər isə əvvəlki qaydada ödənişsizdir.
Xatırladaq ki, bank bundan əvvəl Tamkart debet kartlarına nağdlaşdırma limitlərini kəskin azaltdığını açıqlayıb. Sentyabrın 11-dən ABB TamKart debet və Azercell ko-brend kartları ilə aylıq nağdlaşdırma limitini 7 min manatdan 3 min manata endirir.