Bakıda tullantılar yığılmış sahədə yanğın qəsdən törədilib? - TƏFƏRRÜAT
Bu gün, 15:58
Bakının Xətai rayonu, Əliağa Şıxlinski küçəsində məişət tullantıları yığılan sahədə baş vermiş yanğının təfərrüatı məlum olub.
Sakinlər hadisənin qəsdən törədildiyini iddia edirlər.
"Həyətə girəndə qoxu gəldi, çıxıb gördük ki, yanğın baş verib. Həmin ərazidə çarpayı var idi. Mənə elə gəlir ki, metal yığanlar onu aparmaq üçün oranı qəsdən yandırıblar", - zərərçəkən Maarif Əhmədov söyləyib.