Nə adam ölər, nə mən ölərəm, tərslikdən sən ölərsən, mən adama borclu qalaram.
Bu gün, 15:54
Bir nəfərə 50 lirə borcum vardı. Bilirdim ki, bu gün gəlib istəyəcək. Getdim müdirin yanına, dedim mənə 50 lirə avans verin, borcum var, bu gün borc sahibi gəlib istəyəcək. Müdir soruşdu nə vaxt gələcək. Saat 10 idi, dedim 11- də gələcək. Dedi get, 11- də gəl, verərəm. Dedim indi verin, sonra nə olar, nə olmaz. Müdir dedi: - Oğlum, saat 11- ədək borc sahibi ölə bilər, mən o pulu sənə verməkdən qurtularam. Və yaxud sən ölərsən, mən yenə qurtularam. Get, 11-də gəl. Dedim: - Müdir, mənim bəxtim yoxdu. Nə adam ölər, nə mən ölərəm, tərslikdən sən ölərsən, mən adama borclu qalaram. Xahiş edirəm indi verin". Ə. Nesin Isbendiyar Ahadov