Şimali Koreyanın generalları Rusiyanı təcili tərk ediblər

Bu gün, 16:38           
Şimali Koreyanın generalları Rusiyanı təcili tərk ediblər
Şimali Koreyanın 10-dan çox yüksəkrütbəli zabiti Rusiyadan vətənlərinə qayıdıb.

"NY Post"-un verdiyi xəbərə görə, Şimali Koreya komandirləri Rusiyada bir müddət əvvəl olmalarına baxmayaraq, gözlənilmədən Şimali Koreya lideri Kim Çen Inın yanında peyda olublar.

Kim onların "Kursk vilayətinin azad edilməsində" nailiyyətlərini yüksək qiymətləndirib. Rəsmi olaraq Şimali Koreya generalları dövlət mükafatlarının təqdim edilməsi mərasimində iştirak etmək üçün Rusiyadan geri qaytarılıb.

Ekspertlər isə hesab edirlər ki, generalların geri qayıtmaları, ehtimal ki, Rusiyanın vəziyyəti təkbaşına idarə edə biləcəyinə əmin olduğuna işarədir. Həm də Moskva bu mövzuda narahatedici sualların qarşısını almaq üçün Şimali Koreyanı gündəmdən çıxarır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru