Tramp FTB-ni gestapo ilə müqayisə etdi

15-02-2023, 12:14           
Tramp FTB-ni gestapo ilə müqayisə etdi
Keçmiş ABŞ prezidenti ölkə Federal Təhqiqatlar Bürosunu (FBI) Gestapo (Almaniya nasistlərinin gizli polisi – red.) ilə müqayisə edib.

Bu barədə o, özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

“Mar-a-Laqo basqını zamanı “Gestapo”nun ələ keçirdiyi qondarma “sənədlərin” bir çoxu çox ucuz və tamamilə adi qovluqlar idi, üzlükləri möhürlənmişdi. Qovluqlarda heç nə yox idi, çünki Oval kabinetdə keçirilən brifinqlərdən sonra kağızlar qaytarıldı, amma qovluqlar qalırdı”, o, bildirib.

Tramp vurğulayıb ki, qovluqları saxlamasında heç bir qanun pozuntusu görmür. “Bunlar sənəd deyil. Bu insanlar sadəcə problem axtarırlar! Baydenin məxfi sənədlərini yoxlayın”, - eks-prezidenti çağırış edib.

Xatırladaq ki, ötən il avqustun 8-də FTB Trampın Mar-a-Laqodakı malikanəsinə basqın edərək yoxlama aparıb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru