Gürcüstanda Batumidəki partlayışdan sonra bütün sahil yoxlanılır

15-02-2023, 12:58           
Gürcüstanda Batumidəki partlayışdan sonra bütün sahil yoxlanılır
Gürcüstanda Sahil Mühafizəsinin əməkdaşları Batumi sahillərində mina partlayışından sonra bütün sahili yoxlayırlar.

Bu barədə çərşənbə axşamı, fevralın 14-də Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib.

“Sərhəd Polisinin Sahil Mühafizə İdarəsinin əməkdaşları mərhələli şəkildə Batumi və Poti sularını, həmçinin sürətli qayıqlarla limanları yoxlayır, eləcə də Anakliyadan Sarpiyə qədər sahil xəttinə nəzarət edirlər. Fövqəladə Hallar Xidmətinin müvafiq bölmələri xüsusi pilotsuz uçuş aparatlarının köməyi ilə vaxtaşırı monitorinqlər aparır”, - Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

Həmçinin qeyd olunur ki, sahil mühafizəsi xüsusi texnika və mexanizmlərin köməyi ilə sahil zolağının mühafizəsinə nəzarət edir.

Bundan əlavə, yerli balıqçılar, gəmiçilik və nəqliyyat təşkilatları, yerli hökumət nümayəndələri ilə məlumat xarakterli görüşlər keçiriləcək.

Eləcə də Gürcüstanın ərazi sularında təhlükəsizliyin təmin edilməsi məqsədilə sahil xətti boyunca xüsusi maneələr quraşdırılacaq.

Xatırladaq ki, fevralın 13-də Batumidə Qara dəniz sahilindən təxminən 25 metr aralıda mina partlayıb. İnsident zamanı xəsarət alan olmayıb. Eyni zamanda partlayış faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 229-cu maddəsinin 1-ci hissəsi üzrə ölkənin Daxili İşlər Nazirliyində cinayət işi açılıb.

Mənbə: iz.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru