Britaniya mediası Putinin ağır xəstə olduğunu sənədlə isbatladı-FOTO

16-02-2023, 08:14           
Britaniya mediası Putinin ağır xəstə olduğunu sənədlə isbatladı-FOTO
Rusiya prezidenti Vladimir Putin xərçəng xəstəliyi ilə bağlı tibbi sənədləri gizlədir.

Hurriyyet.az xəbər verir ki, bunu Böyük Britaniyanın "The Sun" nəşri iddia edib.

70 yaşlı Putinin "ağır xəstə" olması ilə bağlı şayiələr hələ də davam edir, bir çoxları bunu onun şişkin üzü və titrəyən ayaqları ilə isbatlamağa çalışır.

"The Sun" yeni sənədə əsasən, Putin mədəaltı vəzi xərçəngindən və erkən mərhələdə Parkinson xəstəliyindən əziyyət çəkdiyi fikrini irəli sürüb.

Həmin sənədə görə, keçən il Moskva Mərkəzi Klinik Xəstəxanasının cərrahı Yevgeni Selivanov təxminən 35 dəfə Putinin Qara dəniz sahilindəki iqamətgahına uçub. Buna sübut Rusiya Dövlət Satınalmaları Xidmətinin saytında yerləşdirilən müqavilələrdir.

Bundan əvvəl məşhur iqamətgahına səfərdə Putini 6-, bəzən 13 mütəxəssis həkimin müşayiət etdiyi görünüb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru