İranlılar ölkədən qaçır: Miqrantları daşıyan gəmi batdı

27-02-2023, 00:04           
İranlılar ölkədən qaçır:
İtaliyanın Kalabriya bölgəsinin şərq sahillərində miqrantların olduğu gəminin batması nəticəsində azı 30 nəfər ölüb.

Cebhe.info-nun İaliyanın ANSA xəbər agentliyinə istinadən məlumatına görə, Krotone əyalətindəki dənizkənarı kurort olan Steccato di Cutroda sahildə 27 cəsəd tapılıb. Daha üç cəsəd suda tapılıb.

“Adnkronos” xəbər agentliyi miqrantları daşıyan gəmidə 100-dən çox adamın olduğunu, 50-yə yaxın insanın xilas edildiyini bildirir.

İran, Pakistan və Əfqanıstandan olan miqrantları daşıyan gəmi pis hava şəraiti səbəbindən qayalara çırpılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru