Şimali Koreya lideri Kim Çen In paytaxt Pxenyanda yeni küçənin tikintisinin açılış mərasimində iştirak edib.
Cebhe.info xarici mətbuata istinadən yazır ki, KXDR liderini sevimli qızı müşayiət edib.
Sopo ərazisində küçə salmaq tapşırığı Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin səkkizinci çağırış altıncı plenumunda irəli sürülüb. İşin icrası gənclərə həvalə edilib.
Kim Çen In tədbirə gələndə onun və qızını "Manse!" "Yaşa" sözləriylə qarşılayıblar.
“Moskovski Komsomolets” xəbər verir ki, KXDR lideri partlayıcı qurğunun düyməsini basmaqla tikintinin başlanğıcını qeyd edib və qızı ilə birlikdə ilk külüngü vurub.