ABŞ-də şagirdlər və müəllimlərlə bağlı 3D simulyator yaradılıb

27-02-2023, 12:49           
ABŞ-də şagirdlər və müəllimlərlə bağlı 3D simulyator yaradılıb
ABŞ ordusu “məktəb atıcıları”nın hücumu zamanı mümkün davranışları məşq etmək üçün 3D simulyator yaradıb.

Burada hücumçular qarşılarına çıxan bütün məktəbliləri və müəllimləri güllələyirlər.

Məlumata görə, proqram “Enhanced Dynamic Geo-Social Environment” (EDGE) adlanır. O, əvvəlcə yanğınsöndürmə və polis briqadalarına məktəblərə hücum zamanı mümkün hərəkətlər barədə təlim keçmək üçün yaradılıb.

2018-ci ildə tətbiqin hədəf auditoriyasının dəyişdirilməsi və ona müəllim rolunun daxil edilməsi qərara alınıb ki, tədris işçiləri də hücum zamanı nə edə biləcəklərini öyrənsinlər. Xüsusilə, oyunda müəllimlər müxtəlif vasitələrdən, məsələn, avtomatik qapı kilidləri və domofon sistemlərindən istifadə edə bilərlər.

Həmçinin, 3D oyuna çaxnaşma içində olan müəllimlər və öz təhlükəsizlikləri üçün hadisə yerindən qaçmağa çalışan şagirdlər, uşaqların qışqırığı və yüksək atəş səsləri daxildir.

Qeyd edək ki, 2022-ci ildə ABŞ-də 647 kütləvi atışma baş verib və nəticədə 44 mindən çox insan həlak olub.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru