Avropada qazın qiyməti son 18 ayın minimum səviyyəsinə enib

28-02-2023, 10:27           
Avropada qazın qiyməti son 18 ayın minimum səviyyəsinə enib
Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 2021-ci ilin avqust ayının minimum göstəricisinədək enərək, 520 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.

“APA-Economics” xəbər verir ki, 27 fevral tarixində mart fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 517,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (559,1 dollar) ilə müqayisədə 7,4% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru