Misir 8 ilik fasilədən sonra yenidən yay vaxtına keçəcək

2-03-2023, 12:57           
Misir 8 ilik fasilədən sonra yenidən yay vaxtına keçəcək
Misir hakimiyyəti çərşənbə günü bu ilin aprel ayının sonunda yay vaxtına keçməyə qərar verib.

Bu barədə ölkə hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Misir hökuməti yay vaxtına keçid sisteminin bərpası ilə bağlı qanun layihəsini təsdiqləyib”, - Nazirlər Kabinetinin mətbuat xidmətinin açıqlamasında deyilir.

İndi, hər təqvim ilinin aprel ayının son cümə günündən oktyabrın sonuncu cümə axşamına qədər Misirdə yay vaxtına keçid sistemi tətbiq olunacaq.

Bu qərar “iqtisadi şəraitə və qlobal iqtisadiyyatda baş verən ümumi dəyişikliklərə əsaslanaraq, həmçinin ölkə hökumətinin Misirdə elektrik enerjisindən istifadənin rasionallaşdırılması səylərinə uyğun olaraq” qəbul edilib”, - məlumatda deyilir.

Qeyd edək ki, Misirdə yay vaxtına keçid sistemi sonuncu dəfə səkkiz il əvvəl ləğv edilib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru