Hindistan rusiyalıların ölkədə qalma müddətini məhdudlaşdırıb

18-03-2023, 12:49           
Hindistan rusiyalıların ölkədə qalma müddətini məhdudlaşdırıb
Hindistan elektron turist vizaları üzrə rusiyalıların ölkədə qalma qaydalarını yeniləyib.

İndi Rusiya Federasiyasının vətəndaşları bir təqvim ili ərzində ümumilikdə 180 gündən çox olmayaraq ölkədə qala bilərlər.

Bu barədə martın 17-də Rusiyanın Yeni Dehlidəki səfirliyi məlumat yayıb.

Eyni zamanda, fasiləsiz qalmanın maksimum müddəti 90 gün olmaqla əvvəlki kimi saxlanılıb.
“Bu dəyişikliklər artıq verilmiş elektron vizalara aiddir. Biz rusiyalılara əvvəllər verilmiş sənədlərini yeniləməyi tövsiyə edirik”, - diplomatik missiyadan bildirilib.

Qeyd edək ki, öncəki qaydalar rusiyalılara Hindistanda il ərzində 180 gündən çox qalmağa icazə verirdi.

Mənbə: iz.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru