Britaniya Ukraynaya uran mərmilərini tədarük edəcək

22-03-2023, 09:04           
Britaniya Ukraynaya uran mərmilərini tədarük edəcək
Böyük Britaniya hakimiyyəti Ukraynaya tərkibində tükənmiş uran olan və zirehli texnikaların məhv edilməsində effektivliyi artıran mərmilər verəcək.

TASS xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə nazirinin müavini baronessa Annabel Qoldinin parlamentin Lordlar Palatasının üzvü Raymond Colliffin sualına verdiyi yazılı cavabda deyilir.

"Ukraynanı "Challenger 2" əsas döyüş tankları ilə verməklə yanaşı, tərkibində tükənmiş uran olan zirehli deşici mərmilər də daxil olmaqla döyüş sursatları tədarük edəcəyik. Belə mərmilər müasir tanklara və zirehli maşınlara qarşı yüksək effektivliyə malikdir", - Qoldi bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru