Fransızlar milyarderin ofisinə hücum etdi

16-04-2023, 00:12           
Fransızlar milyarderin ofisinə hücum etdi
Fransada pensiya islahatına qarşı etirazçılar bir müddət əvvəl dünyanın ən varlı adamı olan Bernard Arnoya məxsus LVMH-nin Parisdəki qərargahını dağıdıblar.

Axşam.az xəbər verir ki, buna səbəb prezident Emmanuel Makronun pensiya islahatlarına etiraz olub. İnsanlar pensiya yaşının 62-dən 64-ə qaldırılmasını istəmədiklərini bildiriblər.

On minlərlə etirazçı hesab edir ki, Makron sadə insanların ehtiyaclarını düşünməyən "varlıların prezidenti" kimi davranır. O, vəzifəyə gəldikdən sonra iş mühafizəsini və ölkənin sərvət vergisini ləğv etməklə Fransa iqtisadiyyatını yenidən qurub. Onun həyat yoldaşı Bricit Makron dövlət səfərlərində və digər ictimai çıxışlarda "Louis Vuitton" paltarları geyinməsi ilə məşhurdur. Etirazçılar şirkət binasına qalxaraq, ətrafı dağıtmağa çalışıblar.

LVMH-in qurucusu Bernard Arnault "Forbes"in versiyasına görə dünyanın ən varlı adamları siyahısına başçılıq edərək, İlon Mask və "Amazon" şirkətinin rəhbəri Ceff Bezosu geridə qoyub. Milyarderin sərvətindəki möhtəşəm artım yeni dəbdəbəli biznesləri satın aldıqca və imperiyasını genişləndirdikcə, adi fransız xalqının narazılığını artırıb. Onlar LVMH qərargahında etiraz aksiyaları keçiriblər və aksiyada prezidentə səslənərək "Milyarderlərin ciblərində pensiyaları maliyyələşdirmək üçün pul tapmağı" təklif ediblər.

Qeyd edək ki, Bernard Arnaultun sərvəti son bir ildə 210 milyard dollara yüksəlib. Cümə axşamı - aprelin 13-də LVMH pandemiya ilə əlaqəli karantin ləğv edildikdən sonra aktiv alış-verişə qayıdan çinli alıcıların böyük hissəsinə kömək edən son rübdə satışların kəskin artdığını bildirib. Bu xəbər şirkətin səhmlərinin dəyərinin kəskin artmasına səbəb olub və cəmi bir gündə Arno 12 milyard dollar varlanıb. "Louis Vuitton" və "Christian Dior"un rəhbərlik etdiyi geyim və dəri məmulatları bölməsinin ümumi gəliri 18% artıb. WWD-nin məlumatına görə, Celine, Loewe, Loro Piana, Rimowa və Berluti brendlərinin məhsulları da çox populyardır. LVMH-nin Fransanın "Platinum İnvest" zərgərlik şirkətini aldığı da məlum olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru