Bu ölkədə vətəndaş müharibəsi gedir: 56 ölü, 600 yaralı

16-04-2023, 12:29           
Bu ölkədə vətəndaş müharibəsi gedir: 56 ölü, 600 yaralı
Sudanda toqquşmalar nəticəsində azı 56 nəfər həlak olub.

Globalinfo.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Hadisələr zamanı 600-ə yaxın insanın yaralandığı qeyd edilib.

Ölənlərin arasında mülki şəxslərlə yanaşı, hərbçilər də var.

Qeyd edək ki, ötən gün Sudanın paytaxtı Xartumda Çevik Dəstək Qüvvələri (ÇDQ) ilə ordu arasında qarşıdurmalar şiddətlənib. Sudan xüsusi təyinatlıları Əl-Faşer beynəlxalq hava limanını, Meroş və Cebel Auliya şəhərlərində yerləşən iki hərbi hava bazasını nəzarətə götürüb.

Bundan başqa, Sudan Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr ÇDQ-nin paytaxt Xartumdakı əsas qərargahını bombalayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru