Rusiya Donanması tam döyüş hazırlığına gətirildi

17-04-2023, 13:34           
Rusiya Donanması tam döyüş hazırlığına gətirildi
Rusiyanın Sakit Okean Donanması qəfil yoxlama zamanı tam döyüş hazırlığına gətirilib.
"Unikal" xəbər verir ki, Kremlin saytında dərc olunan məlumata görə, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə məruzə edib.

Müdafiə nazirinin sözlərinə görə, təlimlərə 25 mindən çox Rusiya hərbçisi, 167 gəmi, o cümlədən 12 sualtı qayıq, həmçinin Rusiya Silahlı Qüvvələrinin 89 təyyarəsi və helikopteri cəlb olunub.

“Yoxlamada iştirak edən qüvvələr və qoşunlar tam döyüş hazırlığındadır, müəyyən edilmiş məhdudiyyətlərlə döyüş hazırlığı tapşırıqlarını yerinə yetirməyə başlayıblar. Onlarla nəzarət atəşi və taktiki təlimlər keçirilir, növlərarası qarşılıqlı əlaqə məsələləri hazırlanır", - Şoyqu bildirib.

Onun sözlərinə görə, hazırda yoxlamanın ikinci mərhələsi həyata keçirilir: "Yoxlama başa çatdıqdan sonra donanmanın qüvvələri daimi dislokasiya məntəqələrinə qayıdacaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru