ABŞ Dövlət Departamenti F-16-ların Türkiyəyə satışına razılıq verib
18-04-2023, 09:08
ABŞ Dövlət Departamenti mövcud F-16 döyüş təyyarələrinin kommunikasiya sistemi olan “Link-16” taktiki məlumat mərkəzi şəbəkəsinin modernizasiya dəstlərinin Türkiyəyə satışını təsdiqlədiyinə dair Konqresi məlumatlandırıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə mediası məlumat yayıb.