"Səudiyyə Ərəbistanı ilə normal münasibətlər və sülh istəyirik" - Netanyahu

18-04-2023, 09:13           
"Səudiyyə Ərəbistanı ilə normal münasibətlər və sülh istəyirik" - Netanyahu
İsrail Səudiyyə Ərəbistanı ilə normallaşma və sülh istəyir.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ senatoru Lindsi Qremlə görüşündə deyib.

"Biz Səudiyyə Ərəbistanı ilə normallaşma və sülh istəyirik. Bu razılaşma İsrail, Səudiyyə Ərəbistanı, bütövlükdə region və dünya üçün tarixi nəticələrə səbəb ola bilər", - Netanyahu bildirib.

Baş nazir, həmçinin vurğulayıb ki, İsrailin Səudiyyə Ərəbistanı ilə münasibətlərini yaxşılaşdırması "nəhəng sıçrayış" olacaq.

Qeyd edək ki, İsrail və Səudiyyə Ərəbistanının hazırda rəsmi diplomatik əlaqələri yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru