“Sudanda eskalasiya ölkə və region üçün dağıdıcı ola bilər” - BMT baş katibindən xəbərdarlıq

18-04-2023, 09:53           
“Sudanda eskalasiya ölkə və region üçün dağıdıcı ola bilər” - BMT baş katibindən xəbərdarlıq
“Sudanda istənilən eskalasiya ölkə və region üçün dağıdıcı ola bilər”. “Report” xəbər verir ki, bunu BMT baş katibi Antoniu Quttereş tviterdəki hesabında yazıb.

“Sudanda döyüşlər artıq dəhşətli insan itkilərinə səbəb olub. Gələcəkdə istənilən eskalasiya ölkə və region üçün dağıdıcı ola bilər.

Vəziyyətə təsiri olanlar bundan zorakılığa son qoymaq, asayişi bərpa etmək və keçid yoluna qayıtmaq üçün səyləri dəstəkləmək üçün istifadə etməlidirlər", - BMT baş katibi qeyd edib.

Sudanda toqquşmalar başlayandan indiyədək 180-dən çox insan həlak olub, 1800-dən çox insan yaralanıb. Aprelin 15-də ordu bölmələri ilə çevik reaksiya qüvvələrinin (xüsusi təyinatlıların) bölmələri arasında başlayan silahlı toqquşmalar davam edir. BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) üç əməkdaşı Sudanda xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmalar zamanı həlak olub. Bunun ardınca Ümumdünya Ərzaq Proqramı xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmaların davam etdiyi Sudanda fəaliyyətini dayandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru