AB yeni böyük böhranla üz-üzə

18-04-2023, 09:32           
AB yeni böyük böhranla üz-üzə
Avropa Birliyi yeni böyük miqrasiya böhranına məhəl qoymur.

Axar.az xəbər verir ki, bunu Avropa Parlamentinin aparıcı fraksiyasının sədri Manfred Veber "Bild" nəşrinə müsahibəsində bildirib.

"Kəskin artan miqrasiya təzyiqi göz qabağında olsa da, AB yeni miqrasiya böhranına doğru gedir”, - o vurğulayıb.

Veber xatırladıb ki, bu ilin ilk üç ayında İtaliyaya keçən illə müqayisədə gələn miqrantların sayında 300 faizdən çox artım var:

"İtaliya artıq fövqəladə vəziyyət elan edib və digər AB ölkələri buna məhəl qoymurlar. Biz İtaliyanı tək qoya bilmərik".

Veber qeyd edib ki, məsələ ilə bağlı partiyası Avropa Parlamentinə müzakirə üçün sorğu göndərməyi planlaşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru