Putin Çinin müdafiə nazirini yüksək səviyyədə qarşılayıb - FOTOLAR
19-04-2023, 08:04
Aprelin 16-da Rusiya Prezidenti Vladimir Putin Çinin müdafiə naziri Li Şanfu ilə görüşüb. Rusiya müdafiə naziri Sergey Şoyqunun dəvəti ilə Moskvaya gedən Li Şanfu Putin tərəfindən yüksək səviyyədə qarşılanıb.
“AzPolitika.info” xəbər verir ki, sözügedən görüşlə bağlı yeni görüntülər ortaya çıxıb.
Paylaşılan kadrlarda ən diqqət çəkən məqam Putinin Li Şanfunu yaxın protokolda qəbul etməsi və onunla təmaslı görüşməsi olub.
Həmçinin, Putinin daha əvvəl qonaqlarını qarşıladığı 9 metr uzunluğundakı masalardan fərqli olaraq, bu görüş cəmi 3 metr məsafədə baş tutub.