Zelenski ABŞ Konqresini ölkəsinin silah və hərbi texnika ehtiyacları barədə məlumatlandırıb

19-04-2023, 08:57           
Zelenski ABŞ Konqresini ölkəsinin silah və hərbi texnika ehtiyacları barədə məlumatlandırıb
Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Nümayəndələr Palatasının spikeri Kevin Makkarti arasında telefon danışığı zamanı Kiyevin silah və hərbi texnika ehtiyacları barədə müzakirələr aparılıb.

"Report" bu barədə "RBC-Ukraina"ya istinadən xəbər verir.

Söhbət zamanı Zelenski Makkartiyə hərbi əməliyyatların gedişi, Ukraynanın zirehli texnika, uzaqmənzilli artilleriya, hava hücumundan müdafiə və aviasiyaya təcili ehtiyacları barədə məlumat verib.

"Biz Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi, Rusiya nefti və qazının qiymətinin aşağı salınması zərurətini müzakirə etdik. Mən Kevin Makkartini Ukraynaya səfərə dəvət etdim", - Ukrayna lideri vurğulayıb.

Xatırladaq ki, daha əvvəl bir qrup respublikaçı konqresmen ABŞ Konqresinin Nümayəndələr Palatasına Ukraynaya hərbi yardımı dayandırmağa çağıran qətnamə təqdim etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru