Litva 1 milyon ton Ukrayna taxılını dəmir yolu ilə ixrac etməyə hazırdır

19-04-2023, 10:54           
Litva 1 milyon ton Ukrayna taxılını dəmir yolu ilə ixrac etməyə hazırdır
“Litva Ukraynadan dəmir yolu ilə 1 milyon ton taxıl ixrac etməyə hazırdır”. “Report” xəbər verir ki, bunu Litvanın iqtisadiyyat və innovasiyalar naziri Auşrine Armonayte bildirib.

Polşanın iqtisadi inkişaf və texnologiyalar naziri Valdemar Buda ilə görüşdən sonra nazir taxılın Polşa vasitəsilə ixrac ediləcəyini, daha sonra isə Klaypeda dəniz limanı vasitəsilə dünya bazarına çıxacağını bildirib.

“Litva Aİ hüdudlarından kənarda taxıl ixracının təşkilində Ukraynaya yardım göstərməyə hazırdır. Bizim nəqliyyat infrastrukturumuz 1 milyon ton taxıl daşımağa imkan verir”, - deyə nazir vurğulayıb.

Qeyd olunub ki, taxıl daşınarkən yolun enində fərq problemə çevrilə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru