Rusiya ABŞ, Kanada və Britaniyaya nota verdi

19-04-2023, 10:14           
Rusiya ABŞ, Kanada və Britaniyaya nota verdi
Rusiya Xarici İşlər Nazirliyi Böyük Britaniya, ABŞ və Kanadaya "daxili işlərinə qarışdıqları" səbəbiylə etiraz notası verildiyini açıqlayıb.

Rusiya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada İngiltərə, ABŞ və Kanadanın Rusiyada müxalif siyasətçi Vladimir Kara-Murzanın 25 illik həbs cəzası ilə bağlı “təxribatçı” bəyanatlar verərək “yalan” məlumat yaydığı bildirilib.

Bu açıqlamaların qəbuledilməz olduğu vurğulanan bəyanatda Böyük Britaniyanın Moskvadakı səfiri Deborah Bronnert, ABŞ-ın Moskvadakı səfiri Lin Treysi və Kanadanın Moskvadakı səfiri Alison Le Claire-in nazirliyə çağırıldığı bildirilib.

Bəyanatda bu cür hərəkətlərin “Rusiyanın daxili işlərinə müdaxilə” kimi qiymətləndirildiyi və səfirlərə etiraz notalarının verildiyi qeyd edilib.

Rusiyada da Britaniya vətəndaşlığı olan müxalif siyasətçi Vladimir Kara-Murza dünən “dövlətə xəyanət” və “yalan xəbər yaymaq” ittihamı ilə 25 il həbs və 400 min rubl (təxminən 5 min dollar) cərimə edilib.
Başda İngiltərə olmaqla Qərb ölkələri qərarı pisləyən bəyanatlar verib.
TRT Haber












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru