ABŞ-a məxsus pilotsuz kater Hörmüz boğazından keçib

20-04-2023, 08:37           
ABŞ-a məxsus pilotsuz kater Hörmüz boğazından keçib
ABŞ Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus pilotsuz kater Hörmüz boğazından keçib.

APA xəbər verir ki, bu barədə ABŞ HDQ-nin 5-ci Donanmasının sözçüsü Timoti Hokins (Timothy Hawkins) bildirib.

Hokins qeyd edib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasına məxsus ilk pilotsuz kater Fars və Oman körfəzlərini birləşdirən Hörmüz boğazından keçib.

Həmçinin əlavə olunub ki, beynəlxalq dəniz qaydalarına uyğun olaraq üzən gəminin boğazdan keçməsini İran tərəfi müşahidə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru