Biz ABŞ kimi supergücün dünyada olmasını istəyirik.
Axar.az xəbər verir ki, bunu Peterburq İqtisadiyyat Forumunda çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin söyləyib. Onun sözlərinə görə, Rusiya ABŞ-ın istənilən prezidenti ilə işləyəcək:
“Biz ABŞ-ın supergüc olduğunu qəbul edirik. Biz ABŞ kimi supergücün mövcud olmasını istəyirik. Hazırda onların daxilində də çətin siyasi və iqtisadi proseslər gedir. Biz istəmirik ki, onlar bizim işimizi, Avropa ilə münasibətlərimizin düzəlməsinə müdaxilə etsinlər. Biz ABŞ-da seçilən istənilən prezidentlə işləyəcəyik”.