NATO Pribaltikada Rusiya ilə müharibəyə hazırlaşır
18-06-2016, 00:14
ABŞ müdafiə nazirinin müşavirinin müavini Maykl Karpenter Konqresdə çıxışında Pribaltika ölkələri və Rusiya arasında potensial müharibə haqda danışıb.
Avropa.info xəbər verir ki, o, razılaşıb ki, Moskvanın ildırımsürətli hücumu nəticəsində Estoniya, Latviya, Litva Rusiya ordusu qarşısında uzun müddət dayana bilməyəcək.
“Rusiyanın Pribaltikanı, ola bilsin Polşanı işğal etməsi, onların Şərqi Avropada NATO-dan nə qədər güclü olması barədə söhbətlər çox olub. Bu Pribaltika və Polşa üçün yeni “dəmir pərdə” təhlükəsi yaradır” – Karpenter belə deyib.
O deyib ki, yüngül silahlanmış cəmi 11 batalyonu olan üç balaca ölkə 46 tank, desant, mexanikiləşdirilmiş piyada, artilleriya, raket və döyüş vertolyotları batalyonu olan Rusiyaya qarşıdır. Gücün belə nisbəti heç 3-ün 1-ə nisbətini də keçə bilmir.
Onun sözlərinə görə, müharibə halında Rusiyanın NATO-ya qarşı yeni qüvvələr cəlb etməsi problem olmayacaq.
“NATO-ya lazımdır ki, Rusiya ilə münaqişənin qarşısını alsın. Bunu zəiflik yox, güc baxımından etmək lazımdır. Rusiya görsə ki, NATO ölkələri Pribaltikanın müdafiəsində yekdil mövqeyə malikdir, başa düşəcək ki, bu ölkələrə hücum edərkən heç nə qazanmayacaq” – Karpenter belə deyib.