Rusiya yeni “əməliyyata” başlayır – Xəbərdarlıq

5-06-2023, 12:19           
Rusiya yeni “əməliyyata” başlayır – Xəbərdarlıq
Rusiya ordusu ukraynalıları ruhdan salmaq üçün əks-hücum mövzusundan istifadə edərək, genişmiqyaslı informasiya-psixoloji əməliyyat hazırlayır.

Axar.az xəbər verir ki, bununla bağlı Ukrayna ordusunun Strateji Kommunikasiyalar Mərkəzi xəbərdarlıq edib.

“Rusiya sosial şəbəkələr və Teleqram kanalları vasitəsilə Ukrayna ordusunun “məğlubiyyətlərini” nümayiş etdirərək əvvəlcədən hazırlanmış köhnə foto və videoları yaymağa başlayacaq. Xüsusilə də vurulmuş texnika, ölü və əsirləri göstərəcəklər. Həmçinin, düşmən ictimaiyyəti çaşdırmaq üçün Ukrayna əks-hücumunun uğursuz əməliyyatları haqqında “hesabat” da verəcək. Rusiya təbliğatçıları başlamayan əks-hücumun “istiqamətləri” və Ukrayna qoşunlarının itkiləri barədə yalan məlumatlar yayacaqlar”, - məlumatda qeyd edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru