“Saudi Aramco” Asiya, ABŞ və Avropa üçün neft qiymətlərini artırıb
6-06-2023, 10:04
Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco" OPEC+ nazirlərinin iyunun 4-də keçirilən 35-ci iclasından sonra Asiya, ABŞ və Avropadakı alıcılar üçün neftin qiymətini qaldırıb.
Bu barədə "The Wall Street Journal" şirkətin məlumatlarına istinadən məlumat yayıb.
"Arab Light" markalı neftin qiyməti 0,45 dollar/barel artaraq Oman/Dubay etalonunun qiymətindən 2,55 ABŞ dolları yüksək olacaq. Şirkət, həmçinin Asiya bazarına çıxardığı neftin bütün növləri üzrə qiymətləri eyni məbləğdə artırıb.
ABŞ və Şimal-Qərbi Avropa üçün "Saudi Aramco" tədarük etdiyi bütün növ neftin qiymətini 0,9 dollar artırıb.