Finlandiya Rusiya səfirliyinin əməkdaşlarını ölkədən qovur

7-06-2023, 10:43           
Finlandiya Rusiya səfirliyinin əməkdaşlarını ölkədən qovur
Finlandiya Rusiya səfirliyinin doqquz əməkdaşını ölkədən çıxarmağa hazırlaşır.

Bu barədə Finlandiya hökumətinin saytında yerləşdirilən məlumatda deyilir.

Məlumatda həmçinin qeyd olunur ki, Finlandiya tərəfi onları kəşfiyyat fəaliyyətində ittiham edir.


“Onların hərəkətləri diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına ziddir. Xarici İşlər Nazirliyi məsələ ilə bağlı Rusiya səfirini məlumatlandırır”, - Helsinkinin yaydığı məlumatda qeyd olunur.

Mənbə: Um.fi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru