"Taliban” uşaqların kömür mədənlərində işləməsini qadağan edib

7-06-2023, 11:24           
"Taliban” uşaqların kömür mədənlərində işləməsini qadağan edib
Əfqanıstanda siyasi hakimiyyətə gələn “Taliban” hərəkatı uşaqların kömür mədənlərində işləməsini qadağan edib.

Bu açıqlama ilə Bəğlan vilayətində səfərdə olan Əfqanıstanın Qaz Sənayesi Naziri Şahabuddin Dilavər çıxış edib.

Şahabuddin Dilavər əlavə edib ki, hazırda Əfqanıstan ərazisində yerləşən faydalı qazıntı yataqlarının işlənməsində 14 şirkət iştirak edir və onların hər birinə doqquz aylıq lisenziya verilib.


“Uşaq əməyinin istismarı faktları aşkar olunarsa, lisenziyalar ləğv ediləcək”, - deyə Şahabuddin Dilavər vurğulayıb.

Mənbə: Sputnik Əfqanıstan












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru